Erik Ten Haqdan rekord
06.11.2023 - 19:46
Erik Ten Haqdan rekord

“Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq Ernest Manqnalın rekorduna şərik çıxıb.

Apasport.az xəbər verir ki, niderlandlı mütəxəssis klubda çıxdığı ilk 79 matçda 50 qələbə toplamağı bacarıb. 

O, bu göstəriciylə Ernest Manqnalın 1908-ci ildəki rekorduna şərik olub. Həmin vaxt da baş məşqçi 50-ci qələbəsini 79-cu matçda əldə edib.

Qeyd edək ki, bu rekorda yaxın göstəriciyə Joze Mourinyo imza atıb. Çalışdırıcı “qırmızı şeytanlar”ın başında çıxdığı 81 oyunda 50 qələbəyə sevinib.
 

writer photo
Əlirza Əlirzalı
0