Eriksen “Mançester Yunayted”ə keçir
03.07.2022 - 13:58
Eriksen “Mançester Yunayted”ə keçir

“Mançester Yunayted” yarımmüdafiəçi Kristian Eriksenlə rəsmi danışıqlara başlayıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Danimarka millisinin üzvünün maliyyə tələblərini ödəməyə hazırdır.

Danışıqların yekun mərhələdə olduğu vurğulanıb. Tezliklə tərəflərin ortaq məxrəcə gəlməsi gözlənilir. 30 yaşlı yarımmüdafiəçinin “qırmızı şeytanlar”da illik məvacibi 8,3 milyon avro alacaq.

Qeyd edək ki, Kristian Eriksenin “Brentford”la müqaviləsi bitdiyi üçün futbolçu hazırda azad agentdir.
 

writer photo
Əlirza Əlirzalı
0