“Everton” onu alır
05.10.2022 - 23:19
“Everton” onu alır

“Everton” yeni transfer reallaşdırmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Konor Koudinin keçidini rəsmiləşdirmək istəyir.

Liverpullular hazırda icarəyə götürdükləri oyunçunu saxlamaq niyyətindədir. 29 yaşlı müdafiəçinin müqaviləsində sonradan almaq variantı da yer alıb.

“Everton” bu bəndi aktivləşdirsə, “Vulverhempton”a 11,8 milyon avro ödəməlidir. Bu yay icarəyə götürülən Koudi mövsümün sonunadək Liverpul təmsilçisində oynamalıdır.

Qeyd edək ki, müdafiəçi mövsümün 7 matçında 1 qola imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0