Olmo "Barsa"ya 3 xal qazandırıb
28.08.2024 - 08:39
Olmo "Barsa"ya 3 xal qazandırıb

İspaniya La Liqasında III turun 2 matçı keçirilib. 

Apasport.az xəbər verir ki, "Barselona" növbəti qələbəsini qazanıb.

Kataloniyalılar səfərdə "Rayo Valekano"ya 2:1 hesabı ilə qalib gəliblər. Qonaqlar məğlub duruma düşsələr də, fasilədən sonra 2 qol vurublar. Dani Olmo debüt matçında qələbə topunun müəllifi olaraq "Barselona"ya vacib 3 xal qazandırıb.

İspaniya La Liqası
III tur

27 avqust
"Malyorka" - "Sevilya" - 0:0
"Rayo Valekano" - "Barselona" - 1:2

writer photo
Əlirza Əlirzalı
0