"Everton" yenidən cəzalandırılacaq
15.01.2024 - 11:51
"Everton" yenidən cəzalandırılacaq

Premyer Liqada maliyyə dayanıqlığı qaydalarını pozduğuna görə, 10 xal cərimələnən "Everton" bu mövsüm daha bir cəza ilə üzləşə bilər.

Apasport.az "Athletic"ə istinadla xəbər verir ki, "Everton" və "Nottingem Forest" liqanın maliyyə qaydalarını pozduqları səbəbiylə müstəqil komissiyaya sövq ediləcək.

Məsələ ilə bağlı hər iki komandanın lazımi sənədləri hazırladığı və özlərini müdafiə edəcəkləri, təqsirli olduqları təqdirdə cərimə və ya xallarının silinəcəyi bildirilib. 

Qeyd edək ki , İngiltərə Premyer Liqasının turnir cədvəlində "Nottingem Forest" 20 xalla 15-ci, "Everton" 17 xalla 17-ci pillədə qərarlaşıb.  

writer photo
Əlirza Əlirzalı
0