Bu gün La Liqaya vəsiqə uğrunda pley-offda “Jirona” və “Eybar” üz-üzə gələcək.
Apasport.az saytının məlumatına görə, qarşılaşmaya proqnoz verən mütəxəssislər arasında Sergey Dolotov da yer alıb.
Rusiyalı mütəxəssis qonaqları görüşün favoriti hesab edir:
“Jirona” ardıcıl üçüncü dəfə La Liqaya yüksəlmək üçün pley-off oynayacaq. Əvvəlki iki ildə finalda “ilişən” komanda bu dəfə yarımfinalda çətin sınaq qarşısındadır. “Eybar” ciddi rəqibdir və bütün mövsüm ərzində yaxşı çıxış edib. “Jirona”da isə sabitlik çatmır.
“Eybar” La Liqaya birbaşa vəsiqəni son turda Sequndanı tərk edəcəyi dəqiqləşən “Alkorkon”a uduzaraq qaçırıb. 1:0 hesabı ilə qalib gələn rəqib qapını lazımınca çırpa bilib. “Eybar” bu durumu pley-offda düzəltməyə çalışacaq.
Mövsümün gedişindəki hər iki matçda “Jirona” uduzan tərəf olub – 0:1, 2:4. Ümumiyyətlə isə “Eybar” bu rəqibə sonuncu dəfə 2013-cü ildə uduzub. Əslində indi də qonaqların problemi olmamalıdır. Yalnız birbaşa vəsiqənin itirilməsinin yaratdığı psixoloji problem “Eybar”a mane ola bilər.
Proqnozum: 2