“Yuventus” qapıçı axtarışında
04.04.2023 - 13:56
“Yuventus” qapıçı axtarışında

“Yuventus” mövsümlərarası fasilədə heyətdə islahatlar aparmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu xərcləri azaltmaq üçün bəzi futbolçularla vidalaşacaq.

İslahatların qapıdan başlaması gözlənilir. Turinlilər Voytseh Şensnı ilə vidalaşmağı planlaşdırır. 2017-ci ildən “Yuventus”da çıxış edən polşalının müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Lakin maaş xərclərini azaltmaq üçün daha aşağı ödənişli qapıçı axtarılır.

Klub rəhbərliyi bunun üçün iki variant seçib. “Atalanta”nın “Kremoneze”yə icarəyə verdiyi Marko Karnesekki və “Empoli”dən Gulyelmo Vikario Turin klubuna keçməyə əsas namizədlərdir. 

Qeyd edək ki, müqaviləsi 2025-ci ilin yayına qədər olan Mattia Perin isə yenə ikinci qapıçı kimi qalacaq.

writer photo
Əlirza Əlirzalı
0