Fabreqas “Monako”dan ayrıldı
18.06.2022 - 13:54
Fabreqas “Monako”dan ayrıldı

İspaniya millisinin sabiq futbolçusu Sesk Fabreqas “Monako”dan ayrılıb.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

Fabreqas 2019-cu ilin yanvarından şərəfini qoruduğu Liqa1 klubundan ayrıldığını açıqlayıb. “Arsenal”, “Çelsi” və “Barselona”nın sabiq oyunçusu karyerasını hələ başa vurmayacağını bildirib.

Qeyd edək ki, “Monako” 2021/22 mövsümündə Fransa Liqa 1-ni 3-cü pillədə başa vurub.

writer photo
Əlirza Əlirzalı
0