Fanata qeyri-adi cəza – 40 il...
22.03.2023 - 14:36
Fanata qeyri-adi cəza – 40 il...

PSV qeyri-adi qadağa ilə diqqət mərkəzinə düşüb.

Apasport.az saytı xəbər verir ki, Niderland klubu 20 yaşlı Dylano K. adlı azarkeşinə 40 il stadiona girməyi qadağan edib.

Bu cəzanın səbəbi fanatın Avropa Liqasının PSV və “Sevilya” arasında pley-off matçında meydana daxil olaraq qonaq komandanın qapıçısı Marko Dmitroviçə hücum etməsidir.

PSV-dən verilən açıqlamada azarkeşin həmin vaxt ağır dərəcədə alkoqol qəbul etməsi bildirilir.

writer photo
Əlirza Əlirzalı
0