Federasiya prezidenti vəzifəsindən kənarlaşdırıldı
11.01.2023 - 17:29
Federasiya prezidenti vəzifəsindən kənarlaşdırıldı

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre vəzifəsindən kənarlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı qurumun İcraiyyə Komitəsi verib.

O, ən azı audit yoxlamasının nəticələri açıqlanana qədər postundan kənar qalacaq. Federasiya prezidenti vəzifəsini Filip Diallo icra edəcək.

Qeyd edək ki, Le Qre Zinəddin Zidan barədə dedikləri üzündən ciddi tənqidlərə mərzu qalıb. Federasiya rəhbərinin adı seks qalmaqalında da hallanıb.

writer photo
Əlirza Əlirzalı
0