“Qarabağ”a cəlbedici MƏRC
06.10.2022 - 13:24
“Qarabağ”a cəlbedici MƏRC

Avropa Liqasının “Olimpiakos” – “Qarabağ” oyununa proqnoz açıqlanıb.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Aleksey Seryakov bugünkü matça cəlbedici mərc təklif edib.

O, Pireydə baş tutacaq qarşılaşmaya ikiqat proqnoza üstünlük verib. Mütəxəssis 4,50 əmsallıq variantı tövsiyə edir:

Bukmekerlər Yunanıstan klubunu aşkar favorit sayır. Amma burada hər şey belə birmənalı deyil. 

“Olimpiakos” hazırda iyrənc formadadır. Pireylilər yalnız ötən tur dörd oyunluq qələbəsizliyə son qoya bilib.

Yunanıstan çempionunda baş məşqçi dəyişib, kadr islahatları aparılır ki, plan üzrə başlamayan mövsümü xilas etmək mümkün olsun. Avropa Liqasının qrupunda da işlər hələlik çox pis gedir. İki turdan sonra sıfır xal və cəmi bir vurulan qol.

Nominal olaraq “Qarabağ” öz qrupunun ən zəif komandası hesab edilir. Amma bütün gücü ilə bunun belə olmadığını sübuta yetirməyə çalışır. Azərbaycan komandası ən azı evdə xallar toplayacaq. Onlar burada daha güclüdür ki, “Nant”la ötən qarşılaşma da təsdiqlədi.

Səfərdə rəqibin müvəqqəti zəifliyi və pis formada olmasından yararlanmaq tam mümkündür. Yunanıstanlılarla müqayisədə qonaqlar daha yaxşı təsir bağışlayır. Adın sehri aldatmamalıdır, “Olimpiakos” o qədər güclü deyil.

Risk etmək istəyiniz varsa, qonaqların uduzmamasına mərc etmək mümkündür. Qonaqlar yunanları məhsuldar oyuna çəkə bilərlər. Bu da 3 və ya daha çox qol vurulacağını proqnozlaşdırmaq üçün əsas verir. Bu iki variantı birləşdirdikdə isə 4,50 əmsala mərc gəlmək olar.

Proqnozum: X2 və Üst
 

writer photo
Əlirza Əlirzalı
0