Feliks “Barselona”nı arzulayır
15.07.2023 - 22:23
Feliks “Barselona”nı arzulayır

Joao Feliks özünə yeni klub axtarmaqda davam edir.

Apasport.az-ın məlumatına görə, portuqaliyalı futbolçu “Barselona”ya keçməyi arzulayır.

Feliks iyunun 10-dək “Atletiko”dan ayrılmaq istəsə də, onun planları gerçəkləşməyib. Madrid klubunda qalmaq istəməyən hücumçu bir çox variantları nəzərdən keçirir. “Barselona” ilə yanaşı PSJ də onunla maraqlanır. 23 yaşlı futbolçu qısa müddət ərzində seçim edəcək. 

Qeyd edək ki, Feliks 2022/23 mövsümünün ikinci yarısını icarə əsasında “Çelsi”də keçirib. O, London klubunda 20 oyunda cəmi 4 qol vura bilib.
 

writer photo
Əlirza Əlirzalı
0