Qış transfer dövrünü Leonardo Bonuççi və Rade Kruniç ilə açan Fənərbaxça, heyətini gücləndirmək üçün işlərini davam etdirir.
Apasport.az "fotomaç"a istinadla xəbər verir ki, baş məşqçi İsmail Kartal "sadəcə yerli hücumçu axtarırıq" desə də, sarı-göylülərin sol cinahı da gücləndirmək istəyir.
"Sarı-lacivərdlilər" Rayan Kent və Çoşua Kinqin komandadan ayrılması ilə yaranacaq boşluğu ispaniyalı futbolçu Aleks Berenquer ilə doldurmağa çalışacaq.
Mənbənin sözlərinə görə, hazırda İspaniyada olan, klubun idarə heyətinin üzvü Selahattin Bakinin 28 yaşlı cinah müdafiəçisi üçün "Atletik Bilbao" ilə danışıqlar aparır.
Qeyd edək ki, ispaniyalı bütün turnirlərdə 22 oyuna çıxıb, 4 qol, 2 ötürmə ilə yadda qalıb.