“Fənərbaxça” futbolçusunu serblərə satdı
04.09.2024 - 09:54
“Fənərbaxça” futbolçusunu serblərə satdı

Super Liqa təmsilçilərindən “Fənərbaxça”nın futbolçusu Rade Kruniç karyerasını Serbiyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, bosniyalı yarımmüdafiəçi “Srvena Zvezda”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçunun keçidinin detalları açıqlanmayıb.

Kruniç 2024-cü ilin yanvarından “Fənərbaxça”da çıxış edirdi. O, Super Liqada bu mövsüm 1 oyunda meydana çıxıb.

writer photo
Əlirza Əlirzalı
0