"Fənərbaxça" La Liqa klubunun futbolçusu üçün rəsmi danışıqlara başladı
01.07.2024 - 15:29
"Fənərbaxça" La Liqa klubunun futbolçusu üçün rəsmi danışıqlara başladı

Super Liqa təmsilçilərindən "Fənərbaxça" Joze Mourinyonun rəhbərliyi altında yeni mövsümün hazırlıqlarına start verib.

Apasport.az xəbər verir ki, İstanbul nəhəngi La Liqa təmsilçilərindən "Sevilya"nın futbolçusu Yusuf En-Nesrini transfer etmək istəyir. 

Türkiyəli insayder Yağız Sabuncuoğlunun sözlərinə görə, "Fənərbaxça"nın idman direktoru Mario Branko 27 yaşlı hücumçunun transferi üçün rəsmi danışıqlara başlayıb. 

Yusuf En-Nesri Joze Mourinyonun transfer etmək istədiyi mərkəz hücumçuları siyahısına başçılıq edir. İstanbul klubu yaxın günlərdə keçidi başa çatdırmağı hədəfləyir. 

Mərakeşli futbolçu 2020-ci ilin yanvarından "Sevilya"da forma geyinir. O daha öncə "Malaqa" və "Leqanes" kimi klublarda çıxış edib. 

Hücumçu bu mövsüm "Sevilya"nın heyətində 41 matça çıxıb, 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Yusuf 2019/2020 və 2022/2023 mövsümlərində "Sevilya" ilə Avropa Liqasını qazanıb. 

Qeyd edək ki, "Fənərbaxça" bu mövsüm "Fatih Karagümrük"də çıxış edən Levent Mercanla 4 illik müqavilə bağlayıb. Kapitan Mert Hakanla 2 illik müqavilə uzadan klub eyni zamanda Çağlar Söyüncünün transfer hüququnu "Atletiko Madrid"dən alıb. 

writer photo
Əlirza Əlirzalı
0