“Fənərbaxça” liviyalı futbolçu gətirir
13.09.2023 - 16:35
“Fənərbaxça” liviyalı futbolçu gətirir

“Fənərbaxça” transfer çalışmalarını davam etdirir.

Apasport.az saytı xəbər verir ki, “sarı-lacivərtlilər” Portuqaliyanın “Braqa” klubunda forma geyinən Al-Musratiyə elçi düşüb.

Liviya millisinin də şərəfini qoruyan 27 yaşlı futbolçunun transferi üçün iki klub arasında danışıqlar davam edir. Hətta Super Liqa təmsilçisinin idman direktoru Marko Blankonun keçidi tamamlamaq üçün Portuqaliyaya getdiyi bildirilir. Türkiyədə oynamaqda maraqlı olan afrikalı futbolçu da türk klubuna getməsinə icazə verilməsini istəyib.

Qeyd edək ki, 2020-ci ildən “Braqa”da oynayan liviyalı bu mövsüm 6 matçda 2 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0