"Fənərbaxça" Mişi Batşuayi ilə yolları ayırır
20.10.2023 - 11:01
"Fənərbaxça" Mişi Batşuayi ilə yolları ayırır

Apasport.az xəbər verir ki, matçlarda oynadığı oyun müddətindən razı qalmayan hücumçu komandadan ayrılmaq istəyir. 

"Fənərbaxça"nın baş məşqçisi İsmayıl Kartal millidən qayıdan Mişi Batşuayi ilə görüşüb. Belçikalı forvard baş məşqçini rədd edib. Rəhbərlik komanda daxilində iğtişaşlar yaradan və narazılığını mediaya əks etdirən Mişi ilə ayrılmaq qərarına gəlib.

Qeyd edək ki, "Çelsi"dən 3,5 milyon avroya transfer edilən Mişi Batşuayinin transfer qiyməti 10 milyon avro olaraq müəyyənləşib.
 

writer photo
Əlirza Əlirzalı
0