“Fənərbaxça” onunla ilkin razılıq əldə etdi
05.05.2023 - 15:51
“Fənərbaxça” onunla ilkin razılıq əldə etdi

“Fənərbaxça”nın heyətinə cəlb edəcəyi futbolçulardan biri bəlli olub.

Apasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisi Şotlandiyanın “Reyncers” klubundan Ryan Kent ilə ilkin razılıq əldə edib.

26 yaşlı ingilis futbolçunun Qlazqo təmsilçisi ilə müqaviləsi mövsümün sonunda bitəcək. “Sarı-lacivərd”lilər azad agent kimi gələcək sol cinah oyunçusu ilə müqavilənin şərtlərini açıqlamayıb. 

Qeyd edək ki, 2019-cu ildən “Reyncers”in şərəfini qoruyan Kent bu mövsüm 44 oyunda meydana çıxaraq üç qol və 10 assistlə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0