“Fənərbaxça” – “Qalatasaray” oyunun hakimi açıqlandı
06.01.2023 - 15:12
“Fənərbaxça” – “Qalatasaray” oyunun hakimi açıqlandı

Türkiyə Super Liqasının XVIII turu çərçivəsində keçiriləcək “Fənərbaxça” – “Qalatasaray” oyununun hakimi açıqlanıb.

Apasport.az saytı xəbər verir ki, derbi Halil Umut Melerə həvalə olunub.

Yanvarın 8-də İstanbulda “Ülkər” stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, 16 turdan sonra “Qalatasaray” 36 xalla turnir cədvəlinin lideridir. Rəqibindən bir xal az toplayan “Fənərbaxça” isə ikinci sırada yer alıb.
 

writer photo
Əlirza Əlirzalı
0