Portuqaliyadan 1 qol?
10.12.2022 - 15:51
Portuqaliyadan 1 qol?

DÇ-2022-nin bu gün keçiriləcək 1/4 final oyununda Mərakeş və Portuqaliya üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, bu, rəqiblərin mundiallardakı üçüncü dueli olacaq.

Əvvəlki iki görüşdə komandalar hərəyə bir qələbə qazanıb. Meksika-1986-da afrikalılar gözlənilməz qalibiyyət əldə edib. 

Dörd il əvvəl Rusiyada isə bir qol avropalılara sevinc gətirib. Bu matçlarda Mərakeş 3, Portuqaliya 2 qol vurub.

Əvvəlki iki görüşdə bir tendensiya müşahidə olunur. Portuqaliya hər oyunda 1 qol vurur.

11.06.1986. Portuqaliya – Mərakeş – 1:3
20.06.2018. Portuqaliya – Mərakeş – 1:0

writer photo
Əlirza Əlirzalı
0