"Fənərbaxça" zambiyalı futbolçu ilə maraqlanır
31.01.2024 - 19:48
"Fənərbaxça" zambiyalı futbolçu ilə maraqlanır

"Fənərbaxça" hücum xəttini gücləndirir.

Apasport.az xəbər verir ki, "Leççe"nin 23 yaşlı futbolçusu Lamek Banda türklərin maraq dairəsindədir.

İsmail Kartalın başçılıq etdiyi komanda bu transferdə israrlı olduğunu bildirib. Zambiyalı futbolçu bu transferə isti baxıb. Klub danışıqlar apararaq hücumçunun transferini yaxın günlərdə bitirmək niyyətindədir.

Qeyd edək ki, Banda çıxdığı 14 matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0