"Fənərbaxça"nın ulduz futbolçusu Fred "Samsunspor" matçında zədələnərək oyunu tərk edib.
Apasport.az xəbər verir ki, sağ ayağının ön budunun vətərində yırtıq diaqnozu qoyulan braziliyalının 4-6 həftə oynamayacağı gözlənilir.
Beləliklə, 30 yaşlı yarımmüdafiəçi Super Liqada "Başakşehir", "Ankaragücü", "Antalyaspor", "Alanyaspor", "Rizespor", kubok oyununda isə "Qaziantep"lə qarşılaşmanı buraxacaq.
Fred bir ay ərzində qayıdarsa, fevralın sonunda oynanılacaq Kasımpaşa matçında meydana çıxa bilmə ehtimalı var. Braziliyalının zədəsi 6 həftə uzansa, martın ortalarında "Trabzonspor" matçına vaxtında çatacağı gözlənilir.