“Fənərbaxça”da ciddi itki
31.07.2024 - 13:58
“Fənərbaxça”da ciddi itki

Super Liqa təmsilçilərindən “Fənərbaxça” ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Fred zədələnib.

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Luqano” ilə cavab görüşündə (2:1) sıradan çıxan yarımmüdafiəçi oyunu bitirə bilməyib. Braziliyalı yarımmüdafiəçinin növbəti turda “Lill”lə görüşdə oynaması sual altındadır.

writer photo
Əlirza Əlirzalı
0