"Fənərbaxça"da eyni anda 2 ayrılıq
30.01.2024 - 13:41
"Fənərbaxça"da eyni anda 2 ayrılıq

"Fənərbaxça" Migel Krespo və Bartuğ Elmaz ilə yollarını ayırır. 

Apasport.az xəbər verir ki, "Fənərbaxça" portuqaliyalı yarımmüdafiəçi Migel Kresponun "Rayo Valyekano"ya transferi üçün İspaniya komandası ilə razılığa gəlib.

Krespo tezliklə tibbi müayinədən keçəcək. Portuqaliyalı yarımmüdafiəçi mövsümün sonuna qədər satın alma variantı ilə İspaniya komandasına icarəyə veriləcək.

Bartuğ Elmaz isə mövsümün qalan hissəsini "Sivasspor"da keçirəcək.

Mövsümün əvvəlində "Marsel"dən transfer olunan Bartuğ cəmi 126 dəqiqə meydanda olub və 1 məhsuldar ötürmə edib. 20 yaşlı futbolçunun "Fənərbaxça" ilə 2026-cı ilə qədər müqaviləsi var.

writer photo
Əlirza Əlirzalı
0