İngiltərənin "Brayton" klubu Ferdi Kadıoğlu ilə şəxsi razılığa nail olub.
Apasport.az xəbər verir ki, Ali Koç və idarə heyəti futbolçunun komandada qalması üçün çalışır.
İngilislər isə transfer təklifini 35 milyon avroya qaldırmaqla məsələni birdəfəlik həll etmək niyyətindədir. Ferdi özü də Premyer Liqaya yollanmaq istəyir.
Əgər Türkiyə milli komandasının üzvü bu qiymətə transfer olarsa, türk futbol tarixinin ən bahalı futbolçusu kimi tarixə düşəcək.
Qeyd edək ki, "Fənərbaxça" Ferdi komandadan ayrılarsa, nigeriya əsilli danimarkalı sol cinah müdafiəçisi Patrik Dorquya təklif göndərə bilər. Dorqu hazırda "Leççe"nin şərəfini qoruyur.