Yeqor Titov finaldan nə gözləyir?
25.05.2022 - 15:48
Yeqor Titov finaldan nə gözləyir?

Konfrans Liqasının bu gün keçiriləcək final oyununda “Roma” ilə “Feyenoord” üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, Rusiya millisinin və “Spartak”ın sabiq kapitanı Yeqor Titov qarşılaşmanın bol qollu alınacağı qənaətindədir.

Tanınmış futbol veteranı bugünkü matçla bağlı proqnozunda belə fikir yürüdüb:

“Mövsümün ikinci avrokubok finalından baş çıxarmaq Avropa Liqasının həlledici oyunundakından asan deyil. Bu dəfəki matçın öz özəllikləri var.

“Roma”nı Joze Mourinyo çalışdırır. Onun belə qarşılaşmalarla bağlı zəngin təcrübəsi var. Yəqin ki, o, bu dəfə də açıq oyuna üstünlük verməyəcək. Bu, onun üslubunda deyil.

Baxmayaraq ki, yaş keçdikcə, Mourinyo bir az dəyişir, onun komandaları hardasa daha parlaq oyun göstərir. Digər tərəfdən “Feyenoord” şən, cəsarətli komandadır və çox nadir hallarda ALT oynayır.

“Marsel”lə cavab qarşılaşması istisna idi. Adətən isə Rotterdam komandasının oyunlarında çox sayda qol vurulur.

Mourinyo faktoru var. Amma düşünürəm ki, “Feyenoord” “Roma”nı təxribatla açıq oyuna çəkə biləcək.

“Roma” futbolçularının səviyyəsinə görə rəqibi üstələyir. Onların xüsusi bir çəkinəcək nəyisə yoxdur. Onlar “Feyenoord”dan çox qaça da bilər, imkanlardan daha yaxşı istifadə də edə bilər.

Bir sözlə, mən hər iki komandanın fərqlənəcəyinə və ümumilikdə 3 və ya daha çox topun vurulacağına pul qoyuluşu edərdim. Hər iki komandanın cəsarətli oynayacağına inanıram.

Proqnozum: ÜST və Q/Q
 

writer photo
Əlirza Əlirzalı
0