“Fənərbaxça”da “qələmi qırılan” “7-lik”
05.09.2023 - 16:58
“Fənərbaxça”da “qələmi qırılan” “7-lik”

“Fənərbaxça”da komandadan ayrılması planlaşdırılan futbolçuların kimliyi bəlli olub.

Apasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisində baş məşqçi İsmail Qartal yeddi futbolçunun gedişi üçün rəhbərliyə raport verib. 

Bu səbəbdən də “sarı-lacivərt”lilər legionerlərdən Luan Peres, Omar Fayed, Jin-Ho Jo, yerli futbolçulardan isə Samet Akaydın, Nazım Sanqare, Əmrə Dəmir və Burak Kapacıkı transferə çıxarıb. Əcnəbilərin satılması, yerlilərin isə icarəyə verilməsi planlaşdırılır. 

Qeyd edək ki, Super Liqada 3 turdan sonra maksimum nəticə göstərən “Fənərbaxça” turnir cədvəlinin ilk pilləsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0