“Fənərbaxça”da yeni müqavilə
15.11.2024 - 00:04
"Fənərbaxça" İrfan Can Kahvecini komandada saxlamaq istəyir.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi türk vingerlə yeni sözləşmə imzalamağı planlaşdırır.
"Fənərbaxça" İrfan Cana illik 65 milyon maaş olmaqla 3 illik müqavilə təklif etməyə hazırlaşır. 29 yaşlı futbolçunun bu təklifi qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, "Fənərbaxça" İrfan Can Kahvecini 2021-ci ilin yanvar ayında "Başakşehir"dən transfer edib.
0
0