“Fənərbaxça”dan 10 milyonluq transfer
14.07.2023 - 13:43
“Fənərbaxça”dan 10 milyonluq transfer

“Fənərbaxça” heyətinə yeni futbolçu qatır.

Apasport.az saytı xəbər verir ki, İstanbul klubu "Udineze"nin müdafiəçisi Bekaoya elçi düşüb.

İki klub arasında danışıqların müsbət nəticələndiyi və 27 yaşlı braziliyalının yaxın günlərdə Türkiyəyə gələcəyi bildirilir. “Sarı-lacivərt”li komanda bu keçid müqabilində qarşı tərəfə 10 milyon avro verəcək.

Qeyd edək ki, Bekao A Seriyasının son mövsümündə 28 oyun keçirib, 2 qol vurub və bir məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0