“Fənərbaxça”dan evdə, “Beşiktaş”dan səfərdə qələbə
25.08.2023 - 00:47
“Fənərbaxça”dan evdə, “Beşiktaş”dan səfərdə qələbə

Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Apasport.az saytı xəbər verir ki, günü sürpriz nəticəsi İspaniyada qeydə alınıb.

“Osasuna” öz meydanında “Brügge”yə uduzub. Qonaqlar qələbə topunu 80-ci dəqiqədə vurublar.

Türkiyə klublarından “Fənərbaxça” və “Beşiktaş” günü qələbə ilə başa vurublar. “Fənər” öz meydanında “Tvente” ilə görüşdə çətinlik çəkməyib. Hesabı qonaqlar açsalar da, meydan sahibləri 5 dəfə fərqləniblər. “Beşiktaş” səfərdə Kiyev “Dinamo”suna qalib gəlib. “Neftçi”ni mübarizədən kənarlaşdıran “qara qartallar” son saniyələrdə rəqibi məğlubiyyətə uğrdablar. 

Konfrans Liqası
Pley-off, ilk oyunlar
24 avqust

“Astana” (Qazaxıstan) – “Partizani” (Albaniya) – 1:0
“Tobol” (Qazaxıstan) – “Viktoriya” (Çexiya) – 1:2
“Struqa” (Şimali Makedoniya) – “Breydablik” (İslandiya) – 0:1
“Jalgiris” (Litva) – “Ferentsvaroş” (Macarıstan) – 0:4
“Nordşelland” (Danimarka) – “Partizan” (Serbiya) – 5:0
“Dinamo” (Ukrayna) – “Beşiktaş” (Türkiyə) – 2:3
“Farul” (Rumıniya) – “Helsinki” (Finlandiya) – 2:1
“Fənərbaxça” (Türkiyə) – “Tvente” (Hollandiya) – 5:1
“Levski” (Bolqarıstan) – “Ayntraxt” (Almaniya) – 1:1
“Makkabi” (Təl-Əviv, İsrail) – “Tselye” (Slovakiya) – 4:1
“Rapid” (Avstriya) – “Fiorentina” (İtaliya) – 1:0
“Şepsi” (Rumıniya) – “Bodo Qlimt” (Norveç) – 2:2
“Genk” (Belçika) – “Adana Dəmirspor” (Türkiyə) – 2:1
“Gent” (Belçika) – APOEL (Kipr) – 2:0
“Lill” (Fransa) – “Riyeka” (Xorvatiya) – 2:1
“Midtyullan” (Danimarka) – “Legiya” (Polşa) - 3:3
“Osasuna” (İspaniya) – “Brügge” (Belçika) – 1:2
“Alkmaar” (Hollandiya) – “Brann” (Norveç) – 1:1
“Ballkani” (Kosova) – BATE (Belarus) – 4:1 
“Harts” (Şotlandiya) – PAOK (Yunanıstan) – 1:2

writer photo
Əlirza Əlirzalı
0