"Fənərbaxça"nın "itkin düşən" futbolçusu tapıldı və qovuldu
20.08.2024 - 17:43
"Fənərbaxça"nın "itkin düşən" futbolçusu tapıldı və qovuldu

Superliqa təmsilçilərindən "Fənərbaxça" futbolçusu ilə yollarını ayırıb. 

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

"Sarı-lacivərdli" klub Joao Pedro ilə müqaviləyə qarşılıqlı anlaşaraq xitam verib. 

Daha əvvəl Superliqa təmsilçilərindən "Fənərbaxça"nın 2022-ci ildə "Kalyari"dən heyətinə qatdığı, lakin gözlənilən performansı ala bilmədiyi üçün ötən yay icarə əsasında "Qremio"ya göndərdiyi Joao Pedrodan heç bir xəbərin olmadığı iddia edilib.

İstanbul klubu hücumçunun vəziyyəti ilə bağlı hüquqi prosesə başlamışdı. 

writer photo
Əlirza Əlirzalı
0