"Fənərbaxça"nın Pedro planı uğursuzluqla nəticələnib
21.08.2024 - 19:38
"Fənərbaxça"nın Joao Pedro ilə bağlı planları suya düşüb.
Apasport.az xəbər verir ki, daha əvvəl futbolçunun transferini reallaşdırmaq istəyən İtaliya klubu "Salernitana" danışıqları yarımçıq bitirib.
Buna səbəb B Seriyasında mübarizə aparan klubun prezidenti Danilo İervolinonun istefa verməsi olub. Bundan sonra "Salernitana" bütün transfer danışıqlarını yarımçıq bitirib.
Qeyd edək ki, Braziliya əsilli italyan hücumçu Joao Pedro hazırda 32 yaşındadır. İstanbul təmsilçisi pəncərə bağlanmamış onu göndərmək istəyir.
0
0