"Fənərbaxça"ya serb hücumçu
30.11.2023 - 22:47
"Fənərbaxça"ya serb hücumçu

“Fənərbaxça” axtardığı hücumçunu İtaliyada tapıb.

Apasport.az xəbər verir ki, İstanbul klubu “Milan”dan Luka Yoviçə elçi düşüb.

Komanda rəhbərliyi baş məşqçi İsmail Kartalın ümidlərini doğrultmayan Mişi Batşuayini satıb yerinə məhz 25 yaşlı serbiyalı futbolçunu gətirmək istəyirlər. “Milana” mövsümün əvvəlində “Fiorentina”dan gələn forvard 8 matçda qol hesabını aça bilməyib. Oyunçunun zəif çıxışından narazı olan “rosyoneri” Lukanın yanvarda komandanı tərk etməsinə mane olmayacaq. 

writer photo
Əlirza Əlirzalı
0