FİFA və AFK-dən Əlcəzairə qadağa
21.10.2023 - 00:57
FİFA və AFK-dən Əlcəzairə qadağa

FİFA və Asiya Futbol Konfederasiyası (AFK) Əlcəzair Futbol Federasiyasına xəbərdarlıq məktubu ünvanlayıb.

Apasport.az saytı xəbər verir ki, məktubda Fələstin yığmasının ev oyunlarını Əlcəzairdə keçirməsinə qadağa qoyulub.

Az əvvəl Əlcəzair Fələstin komandasının oyunlarına ev sahibliyi etməyə və bütün xərcləri ödəməyə hazır olduğunu açıqlamışdı. Digər tərəfdən AFK-nin tələbəsinə əsasən, Fələstin ev görüşlərini ölkənin Asiya qitəsinə düşən ərazisində təşkil etməlidir.

Qeyd edək ki, okyabrın 7-də Qəzza sektorunda alovlanan münaqişə İsrail və Fələstin ərazisində idman yarışlarının təşkilin mane olub.
 

writer photo
Əlirza Əlirzalı
0