Firmino da Səudiyyə Ərəbistanına getdi
05.07.2023 - 11:11
Firmino da Səudiyyə Ərəbistanına getdi

Daha bir ulduz futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Apasport.az saytı xəbər verir ki, İngiltərə Liverpul"unun sabiq hücumçusu Roberto Firmino "Əl Əhli" klubu ilə müqavilə imzalayıb. 

31 yaşlı forvard 2026-cı ilin yayına kimi bu komandanın formasını geyinəcək. “Əl-Əhli” ingilislərlə müqaviləsi başa çatan futbolçunun azad agent kimi rənglərinə bağlayıb. 

Qeyd edək ki, komanda daha öncə "Çelsi"nin qapıçısı Eduard Mendini heyətinə qatıb.

writer photo
Əlirza Əlirzalı
0