Fofana “Əl-Nəsr”də
18.07.2023 - 20:47
Fofana “Əl-Nəsr”də

“Əl-Nəsr” heyətinə daha bir futbolçu əlavə edib.

Apasport.az-ın məlumatına görə, komanda Seko Fofana ilə müqavilə imzalayıb.

Bu keçid Səudiyyə Ərəbistanı klubuna 25 milyon avroya başa gəlib. 28 yaşlı yarımmüdafiəçi “Lans” klubundan transfer olunub. O, portuqaliyalı ulduz Kriştiano Ronaldo ilə bir klubda çıxış edəcək.

Qeyd edək ki, Fofana Fransa çempionatının son mövsümündə 35 oyunda meydana çıxıb. Futbolçu 7 qol və 5 ötürmənin müəllifi olub.

writer photo
Əlirza Əlirzalı
0