Runiyə MLS-dən təklif
09.07.2022 - 12:54
Runiyə MLS-dən təklif

Əfsanəvi ingiltərəli futbolçu Ueyn Runi ABŞ-da çalışa bilər.

Apasport.az saytının məlumatına görə, “Derbi Kaunti”nin baş məşqçi postundan ayrılan gənc mütəxəssis MLS klubunun maraq dairəsindədir.

Yeni çalışdırıcı axtarışında olan “Vaşinqton Di Si Yunayted” 37 yalı məşqçi ilə danışıq aparır. Ancaq Runi peşəkar məşqçilik lisenziyası almaq üçün kursun yalnız yarısını tamamlayıb. Bu səbəbdən o, bu yaxınlarda gənclər futbolu çərçivəsində Tulon turnirinə yollanıb. Bu, təlimin bir hissəsi kimi lazım idi.

Runi həmçinin İngiltərə və Avropanın top-klublarının düşərgəsini ziyarət etmək istəyir.

writer photo
Əlirza Əlirzalı
0