Paytaxt klubu onu Premyer Liqaya buraxmadı
20.08.2022 - 12:00
Paytaxt klubu onu Premyer Liqaya buraxmadı

“Atletiko”nun yarımmüdafiəçisi Yannik Karrasko bu yay komandanı tərk etməyəcək.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu 28 yaşlı hücumameyilli oyunçunun İngiltərəyə yollanmasına icazə verməyib.

Belçika millisinin üzvü “Mançester Yunayted”, “Çelsi” və “Tottenhem”in maraq dairəsindədir. Ancaq madridlilərin baş məşqçisi Dieqo Simeone onu buraxmaq fikrində deyil.

Qeyd edək ki, Yannik Karrasko ötən mövsüm 3302 dəqiqə meydanda olmaqla yalnız qapıçı Yan Oblak və yarımmüdafiəçi Kokedən az oynayıb.

writer photo
Əlirza Əlirzalı
0