Hemilton mövsümün sonunu gözləyir
07.07.2023 - 00:34
Hemilton mövsümün sonunu gözləyir

“Formula-1” pilotu Lyuis Hemilton “Mersedes”dəki gələcəyi barədə danışıb.

Apasport.az saytı xəbər verir ki, britaniyalı sürücü mövsümün sonunda tərəflərin qərar verəcəyini bildirib.

“Mövsümün sonunadək müqavilə məsələsinə aydınlıq gələcək. Mən komandaya inanıram. Uğurlar əldə etmək üçün bir az vaxt lazımdır. Asan olmasa da, istədiyimizə nail olacağımıza əminəm”, deyə Hemilton açıqlayıb.

Qeyd edək ki, Hemiltonun “Mersedes”lə müqaviləsi mövsümün sonunda başa çatacaq. O, “Formula-1”in 7 qat dünya çempionudur.
 

writer photo
Əlirza Əlirzalı
0