Pikenin otelinin həyətindən 250 məzar tapıldı
01.11.2022 - 16:13
“Barselona”nın vitse-kapitanı Jerar Pike növbəti dəfə meydandan kənar xəbərlə gündəmə gəlib.
Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl müğənni Şakiradan ayrılan 35 yaşlı müdafiəçinin bu dəfə otelinin həyətinin məzarlıq olduğu üzə çıxıb.
İspaniya millisinin üzvünün 2015-ci ildə Malaqadakı Kosta del Sol bölgəsində aldığı otelin altından 250 məzar tapılıb. Pike həmin vaxt bu otel üçün 20 milyon avro xərcləmişdi.
Orada çalışan arxeoloq Alberto Kumpian bildirib ki, həmin məzarların çoxunun içi boş çıxıb. İndi həmin məzarların neçənci əsrdən qaldığı araşdırılır.
0
0