Millimiz Avropa çempionatında qrupdakı son matçında məğlub olub
17.07.2024 - 22:37
Millimiz Avropa çempionatında qrupdakı son matçında məğlub olub

Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan millimiz Avropa çempionatının B divizionunda son matçına çıxıb.

Apasport.az xəbər verir ki, B qrupunda yer alan ispaniyalı mütəxəssis Alberto Blankonun rəhbərlik etdiyi komanda Niderland yığması ilə qarşılaşıb.

Rumıniyadakı "Pitesti Arena"da keçirilən görüş rəqibin 109:60 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, millimiz buna qədər keçirdiyi oyunlarda Portuqaliyaya 34:90, Böyük Britaniyaya 51:97, İrlandiyaya 58:61 hesabı ilə uduzub.

writer photo
Əlirza Əlirzalı
0