Millimizdən səfər heç-heçəsi
07.06.2022 - 00:38
Millimizdən səfər heç-heçəsi

Azərbaycan millisi növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız Millətlər Liqasının 2022/23 mövsümündə ikinci matçına çıxıb.

C liqasında mübarizə aparan Canni de Byazinin yetirmələri Belarusla qarşılaşıb. İlk turda Qazaxıstanda 0:2 hesabı ilə uduzan millimiz Serbiyanın Novi-Sad şəhərindəki matça qonaq qismində çıxıb.

İlk səfər görüşündəki kimi bu dəfə oyun millimizin üstünlüyü ilə keçib. Amma topa nəzarətlə kifayətlənən yığmamız rəqib qapısına yol tapa bilməyib. Qismət Alıyevin qırmızı vərəqə almasından sonra meydan sahibləri fəallığı artırsa da, hesab dəyişməyib və matç qolsuz sülhlə başa çatıb. Beləliklə, ikinci matçında da qol və qələbə sevinci görməyən yığmamız sonuncu pillədə qalıb.

Qeyd edək ki, qrupun digər oyununda Qazaxıstan səfərdə Slovakiyanı məğlubiyyətə uğradıb – 1:0.
 

C liqası, 3-cü qrup
⚽  22:45. Belarus – Azərbaycan - 0:0

BELARUS: 12. Pavel Pavlyuçenko, 2. Danila Neçaev, 4. Ruslan Xadarkeviç, 5. Vladislav Malkeviç, 6. Sergey Politeviç, 7. Artem Bıkov, 8. Qleb Şauçenka, 11. Andrey Solovey, 14. Evgeni Yablonski (k), 19. Valeri Baçarou, 20. Zaxar Volkov
Ehtiyat oyunçular: 1. Yegor Xatkeviç, 16. Maksim Plotnikov, 3. Kirill Peçenin, 9. Maks Ebong, 10. Egor Bogomolski, 13. Dmitri Bessmertni, 15. Ruslan Yudenkov, 17. Denis Greçixo, 18. Pavel Sedko, 21. Vladislav Klimoviç, 22. Roman Begunov, 23. Valeri Gromiko
Baş məşqçi: Georgi Kondratiev

AZƏRBAYCAN: 12. Şahrudin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 18. Cəlal Hüseynov, 20. Riçard Almeyda
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Emil Balayev, 2. Qara Qarayev, 7. Namik Ələskərov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 15. Bəxtiyar Həsənalızadə, 16. Dmitri Nazarov, 17. Coşqun Diniyev, 19. Qismət Alıyev, 21. Anatoli Nuriyev, 22. Aleksey İsayev
Baş məşqçi: Canni De Byazi
 

1

Qazaxıstan

2

2

0

0

3-0

6

2

Slovakiya

2

1

0

1

1-1

3

3

Belarus

2

0

1

1

0-1

1

4

Azərbaycan

2

0

1

1

0-2

1

writer photo
Əlirza Əlirzalı
0