“Yuventus”un Di Mariya planı
20.12.2022 - 17:19
“Yuventus”un Di Mariya planı

“Yuventus” futbolçusu Anxel di Mariyanı heyətində saxlamağa qərar verib.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu argentinalı yarımmüdafiəçi ilə yeni müqavilə barədə danışıqlara başlayacaq.

2022-ci ilin yayında azad agent kimi Turin təmsilçisinə keçən Anxel həmin vaxt bir illik anlaşma imzalayıb. “Yuventus” 2 illik sözləşmə istəsə də, futbolçu 2023-cü ilin yayında “Rosario Sentral”a qayıtmaq üçün bununla razılaşmayıb. O, futbola başladığı və 15 il sıralarında olduğu komandaya dönmək arzusundadır. A seriyası təmsilçisi onu fikrindən daşındırmaq və daha bir il heyətdə saxlamağı planlaşdırır.

Qeyd edək ki, DÇ-2022-də Argentina yığması ilə çempion olan Anxel “Yuventus”dakı 10 oyunda 1 qol və 4 assistə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0