“Çelsi”nin 2 futbolçusu diskvalifikasiya oluna bilər
15.04.2024 - 14:42
“Çelsi”nin 2 futbolçusu diskvalifikasiya oluna bilər

Premyer Liqa təmsilçisi “Çelsi”nin 2 futbolçusu diskvalifikasiya təhlükəsi ilə üzləşib. 

Apasport.az xəbər veir ki,  hücumçu Nikolas Cekson və müdafiə meyilli yarımmüdafiəçi Moyses Kaysedo cari mövsümdə 9 dəfə sarı vərəqə ilə cəzalandırılıblar. 

Futbolçular növbəti dəfə sarı vərəq alsalar çempionatın 2 oyununda komandalarına kömək edə bilməyəcəklər.
 
Qeyd edək ki, Kaysedo və Cekson keçən yay "Çelsi"yə keçmişdilər.

writer photo
Əlirza Əlirzalı
0