"Formula 1" pilotu Fransa futbol klubunu alıb
19.03.2024 - 16:31
"Formula1"-in "Alpin" komandasının 28 yaşlı sürücüsü Pyer Qasli Fransanın “Versal” adlı futbol klubunun ortağı olub.
Apasport.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti rəsmi məlumat yayıb.
“Versal” ölkənin üçüncü güclü divizionunda çıxış edir. Bu komanda cari mövsüm üçün turnir cədvəlində 10-cu yeri tutur.
"Mən həmişə peşəkar futbolla məşğul olmaq istəmişəm və əməkdaşlıq etməkdən çox məmnunam", - deyə Pierre bildirib.
0
0