“Mançester Yunayted” onları saxlayır
12.09.2022 - 19:34
“Mançester Yunayted” onları saxlayır

“Mançester Yunayted”in müqaviləsini uzadacağı futbolçular müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi 5 oyunçusu ilə anlaşmasını uzatmaq qərarına gəlib.

Bunlar Devid de Xea, Dioqo Dalot, Lük Şou, Fred və Markus Reşforddur. Onların hamısının müqaviləsi gələn ilin yayında başa çatacaq. 

Lakin anlaşmalarda sonradan uzadılma barədə bənd var ki, klub da bundan yararlanacaq. Mançesterlilər futbolçuların mövsümün sonunda azad agent statusu almasını istəmir.

Qeyd edək ki, müqaviləsində sonradan uzadılma bəndi olan Kriştiano Ronaldonun taleyi isə hələ tam dəqiqləşməyib. Portuqaliyalı ulduz komandadan ayrılmaq üçün variantlar axtarır.
 

writer photo
Əlirza Əlirzalı
0