Frank Riberi karyerasını bitirir
07.10.2022 - 13:03
Frank Riberi karyerasını bitirir

Fansa millisinin sabiq futbolçusu Frank Riberi karyerasını bitirməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, İtaliyanın “Salernitana” klubunun yarımmüdafiəçisi futboldan getmək fikrinə düşüb.

39 yaşlı ulduz futbolçu A seriyası təmsilçisi ilə müqaviləsini vaxtından əvvəl ləğv etməyi planlaşdırır. Keçən ildən “Salernitana”da çıxış edən Riberi bu mövsüm cəmi 2 oyunda meydana çıxıb.

Qeyd edək ki, Frank Riberi ötən mövsüm A seriyasında 22 oyuna çıxıb, 3 məhsuldar ötürmə verib.
 

writer photo
Əlirza Əlirzalı
0