Fransa klubu Qattuzonu sabiq PSJ-li ilə əvəzləmək niyyətindədir
19.02.2024 - 16:21
Fransa klubu Qattuzonu sabiq PSJ-li ilə əvəzləmək niyyətindədir

"Marsel" "Brest"ə 0:1 hesabı ilə uduzduqdan sonra baş məşqçisini istefaya göndərib.

Apasport.az "Lequipe" nəşrinə istinadla xəbər verir ki, "Marsel" PSJ-nin keçmiş baş məşqçisi Kristof Qaltyeni məşqçi postuna dəvət etmək istəyir.

Klub fransalı ilə daha öncə maraqlansa da, mütəxəssisin irqçiliklə ittiham edilməsi Kristofun keçmiş komandasına qayıdışına mane olub. 

Qeyd edək ki, Qaltye hazırda Qətərin “Əl-Duhail” klubunu çalışdırır. 

 

writer photo
Əlirza Əlirzalı
0