Livakoviçdən unikal nailiyyət
27.09.2024 - 14:47
Livakoviçdən unikal nailiyyət

"Fənərbaxça"nın qapıçısı Dominik Livakoviç UEFA Avropa Liqasında "Yunion Sent-Jilluaz"la (Belçika) oyunda performansı ilə diqqət çəkib.

Apasport.az xəbər verir ki, xorvatiyalı qolkiper “Fənərbaxça”da 2019-cu ildən sonra bir ilkə imza atıb.

O, oyunun 90+2-ci dəqiqəsində rəqib futbolçusu Franko İvanoviçin vurduğu penalti zərbəsini dəf etməyi bacarıb.

"Opta"nın məlumatına görə, matçda penaltini dəf edən Livakoviç 2019-cu ildə Harun Tekindən sonra "Fənərbaxça" forması ilə avrokubok matçında bunu bacaran ilk qapıçı olub. Həmçinin, Xorvatiya millisinin üzvü oyunda 5 seyv etməklə komandasının qələbəsində böyük pay sahibi olub.

Qeyd edək ki, oyun "Fənərbaxça"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

writer photo
Əlirza Əlirzalı
0