Fransanın futbolçusu ilin sonuna qədər sıradan çıxdı
19.11.2023 - 20:33
Fransanın futbolçusu ilin sonuna qədər sıradan çıxdı

PSJ və Fransa millisinin yarımmüdafiəçisi Uorren Zair-Emeri AVRO-2024-ün seçmə mərhələsinin Cəbəllitariqlə matçında zədələnib.

Apasport.az xəbər verir ki, fransalı ilin sonuna qədər futbol oynamayacaq.

O, artıq Parisə yollanaraq müalicəsinə başlayıb.

Emeriyə sağ ayağınının topuq nahiyəsinin burxulması diaqnozu qoyulub. 17 yaşlı futbolçu PSJ-nin yetirməsidir. O, Fransa millisinin heyətində bu il debüt edib.

writer photo
Əlirza Əlirzalı
0